Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
09:01
455
Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.
"APA-Economics" xəbər verir ki, şahidlərin sözlərinə görə, qatarların hərəkəti 15 dəqiqədən çox dayanıb.
Şahidlər həmçinin Qara Qarayev stansiyasına girişin dayandırıldığını bildiriblər. Bəzi stansiyalarda isə sərnişinlərin qatarlardan düşürüldüyü qeyd olunur.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunacaq.
Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir, hər hansı təhlükəli və ya ciddi narahatlıq doğuran məsələ yoxdur.
Qurumdan əlavə olunub ki, məsələ ilə bağlı açıqlama veriləcək.