Ermənilər atəşkəs rejimini pozmaqda davam edirlər Hadisə

Ermənilər atəşkəs rejimini pozmaqda davam edirlər

Erməni silahlı bölmələri dünən gecə Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.