“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
14 Oktyabr 2022 16:21
3 612
Azərbaycanda bu yay baş vermiş yanğınlarla bağlı tədbirlər planı hazırlanır.
Bunu bu gün Trend-ə Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev deyib.
Onun sözlərinə görə, yanğın baş verən ərazilərin çox az hissəsində yanğının fəsadları ağır olub.
"Yanğın baş verən ərazilərin xəritələri hazırlanır. Biz bununla müəyyən edirik ki, həmin ərazidə hansı növdən olan ağaclar yanıb. Buna uyğun olaraq bərpa işləri aparırıq. Elə ağac növləri də var ki, onlar özü-özünü bərpa edir. Buna misal olaraq Şabran rayonunun Ağalı kəndində baş verən yanğından bir ay sonra qovaq ağaclarının təbii-bərpa prosesini göstərmək olar".
Şöbə müdiri bildirib ki, işğaldan azad edilən ərazilərdə minalardan təmizlənən sahələrin xəritəsi bizə təqdim olunur.
"Yalnız ondan sonra həmin ərazilərdə ağac əkini, toxum səpini aparırıq", -deyə o, qeyd edib.
20:44
777
13 Dekabr 20:25
1 757
13 Dekabr 17:19
1 477