SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
10 Noyabr 2022 15:33
2 779
Satışda tapılmayan dərmanların bir müddət sonra qiymətinin 2-3 dəfə artmış şəkildə geri qayıtması məsələsinə aydınlıq gətirilib.
Səhiyyə nazirinin müavini Rasim İsmayılov APA-ya açıqlamasında deyib ki, Azərbaycanda dərmanların qiymətini Tarif Şurası müəyyənləşdirir:
“Tarif Şurasının özünün də qiymətləndirmə metodları var. Tarif Şurasının hər hansı bir dərman, yaxud yeni dərmanlar ölkəyə daxil olanda alternativ ölkələrlə hesablama formaları var”.
Səhiyyə nazirinin müavini yerli dərman istehsalı sahəsində işlər görüldüyünü diqqətə çatdırıb:
“Artıq iki şirkət – “Diamed Co” və “Erfam” şirkətləri yerli istehsala başlayıblar. Bu yaxınlarda Ələt Azad İqtisadi Zonasında İsrailin şirkəti ilə yeni istehsal müəssisəsi qurulmalıdır. İqtisadiyyat Nazirliyi ilə birlikdə bu istiqamətdə ciddi əməkdaşlıq var. Yeni investorların cəlb olunması ilə dərman istehsalını artırmaq istəyirik ki, idxaldan asılılığı aradan qaldıraq”, o deyib.
1 Yanvar 18:33
1 050
1 Yanvar 18:33
1 043
1 Yanvar 18:32
1 008