“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
9 Fevral 2023 10:51
2 079
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, ötən gün Azərbaycan Respublikası Səhiyyə naziri Teymur Musayev türkiyəli həmkarı Fahrettin Koca ilə telefon danışığı zamanı ümumilikdə tibb müəssisələrində 2000 çarpayının ayrıldığın diqqətə çatdırıb.
Qardaş ölkəyə quru yolu ilə ən yaxın zonanın Naxçıvan olduğunu nəzərə alıb muxtar respublikadakı hansı xəstəxanalarda çarpayıların ayrılacağına aydınlıq gətirməyə çalışdıq. Hazırda Naxçıvanda respublika xəstəxanası, Diaqnostika Müalicə Mərkəzi, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı kimi böyük xəstəxanalr fəaliyyət göstərir. Bəs bu xəstəxanaların hansı Türkiyədəki zəlzələdə zərər çəkənləri qəbul etməyə hazırdır?
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri Vüqar Babayev APA-nın yerli bürosuna verdiyi açıqlamada bildirib ki, muxtar respublikanın bütün xəstəxanaları Türkiyədə zərər çəkən bacı-qardaslarımızı qəbul etməyə hazırdır:
“Məsələ ilə bağlı isə, əsas olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanası və Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi tam olaraq hazır vəziyyətdədir”.
Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan isə APA-ya bildiriblər ki, məsələ ilə bağlı məlumatları var. Bildirilib ki, bununla bağlı muxtar respublikada hələ hər hansı aidiyyəti orqanla danışıqları olmayıb.
1 Noyabr 17:46
1 743
1 Noyabr 14:21
1 750
31 Oktyabr 20:55
2 170