DSMF-yə yeni mətbuat katibi təyin olunub Hadisə

DSMF-yə yeni mətbuat katibi təyin olunub

Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr söbəsinin İctimaiyyətlə əlaqələr sektoruna yeni rəhbər təyin olunub. Bu, ixtisasca peşəkar jurnalist olan Əmrah Fəqan oğlu Cəfərovdur.
Əmrah Fəqanoğlu 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1991-96-cı illərdə Azərbaycan radiosunda və televiziyasında bir sıra verilişlərin ssenari müəllifi və aparıcısı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat sektorunda baş mütəxəssis, "Avrasiya" və "İki sahil" qəzetlərində müxbir və şöbə müdiri kimi fəaliyyət göstərib. 2006-cı ildə ARDNŞ Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi təyin olunub və son təyinatadək həmin vəzifədə çalışıb.
Məqalə və araşdırma yazılarına görə "Media açarı" və "Qızıl qələm" media mükafatlarına layiq görülüb. "Şəfəqi solmayan ömür" və "Gözümü açandan Vətən sən oldun" adlı kitabların müəllifidir.