
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
“2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin seçimi şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə aparılıb. Nəticədə hakim korpusu 60 faiz yenilənib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda keçirilən konfransda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov deyib. Nazir Ümummilli Liderin "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu" - tarixi çıxışını xatırladılıb. Dahi şəxsiyyətin insanpərvərliyindən, humanistliyindən söz açan ədliyyə naziri ölkədə insan hüquqlarının etibarlı təminatı sahəsində mühüm addımların atıldığını, Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzasının ləğv edildiyini, əfv və amnistiya institutlarının geniş tətbiqini qeyd edib, Ulu Öndərin ədliyyə sisteminə qayğısından danışıb. Nazir diqqətə çatdırıb ki, dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə orqanlarının hərtərəfli inkişafı üzrə köklü islahatlar aparılıb. Nəticədə Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artıb və o, dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib. Nazir dahi liderin təməlini qoyduğu məhkəmə-hüquq islahatlarının bu gün də uğurla davam etdiyini, Prezident İlham Əliyevin siyasi iradəsi ilə hüquq sisteminin müasir çağırışlara uyğun inkişafı üzrə ardıcıl tədbirlərin görüldüyünü qeyd edib.