
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirib.
"Report" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gəlib.
Kaprun stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Köhlən atlar"ın qolunu Nəriman Axundzadə vurub.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa vuracaq.