Hacıqabul və Bərdədə avtomobil yanıb Hadisə

Hacıqabul və Bərdədə avtomobil yanıb

Hacıqabul rayonunda (Bakı-Ələt-Qazax avtomobil yolunun 120-ci kilometrliyi) “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məlumata görə, Bərdə rayonunun Qaratəpə kəndində “Toyota” markalı minik avtomobilinin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.