İsveç Ukraynaya silah yardımına qoşulacaq Dünya

İsveç Ukraynaya silah yardımına qoşulacaq

İsveç Ukraynaya silah tədarükünə töhfə verəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pal Conson bildirib.

“Biz Amerikanın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək meylini dəstəkləyir, Ukraynaya “Patriot” sistemlərinin və digər silahların tədarükünü alqışlayırıq”, - nazir qeyd edib.

O, ölkəsinin Ukraynaya silah göndərilməsi prosesinə qoşulacağını vurğulayıb, lakin təfərrüatları açıqlamayıb.