İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb Dünya

İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb

İsrail ordusu Qəzza zolağının şimalında gedən döyüşlər zamanı onlarla silahlı radikalı öldürüb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Beyt Hanun bölgəsində İsrail əsgərləri onlarla terrorçunu yaxın məsafədən öldürüb, həmçinin yeraltı tunellər və buraxılış qurğusu da daxil olmaqla, terror obyektlərini məhv ediblər”, - məlumatda qeyd edilir.

Ordudan həmçinin bildirilib ki, əsgərlər külli miqdarda partlayıcının olduğu yer aşkar ediblər. Bundan sonra İsrail Hərbi Hava Qüvvələri təhlükəli obyekti zərərsizləşdirmək məqsədilə bu əraziyə zərbələr endirib.