“Avropa-Rusiya qarşıdurması qaçılmaz görünür”
2 Dekabr 21:02
2 Dekabr 21:02
2 Dekabr 20:44
2 Dekabr 20:30
Fidan və Rutte Ukrayna və Qara dəniz məsələlərini müzakirə edib
İtaliya Ukraynaya hərbi yardım haqqında fərmanı təxirə salıb
Azərbaycan və İrandan yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərləri baş tutacaq
KİV: Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər
Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq
15 İyul 16:00
1 967![]()
ABŞ-ın New Jersey ştatında güclü yağışların səbəb olduğu daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
Xalqcebhesi.az NBC News-un məlumatına görə, New Jersey qubernatoru Fil Mörfi şiddətli yağışlar səbəbindən fövqəladə vəziyyət elan edildiyini bildirərək, "Zəhmət olmasa, evinizdə qalın və lazımsız səfərlərdən çəkinin" deyib.
Digər tərəfdən, Nyu York Şəhəri Fövqəladə Hallar İdarəsi sosial media platforması X hesabından "Əgər zirzəmidə yaşayırsınızsa, diqqətli olun. Ani daşqınlar, gecə boyunca az xəbərdarlıqla baş verə bilər. Telefon, fənər və fövqəladə hallar çantanızı yanınızda saxlayın. Daha yüksək əraziyə köçməyə hazır olun" xəbərdarlığı edib.
New Jersey ştatında iyulun əvvəlində güclü yağış və fırtına nəticəsində avtomobillərin üzərinə ağac düşməsi səbəbindən 3 nəfər həyatını itirmişdi.
Digər tərəfdən, ABŞ-ın cənub ştatı Texasda 4 iyulda qəfil başlayan güclü yağışlar nəticəsində Kerr bölgəsində yerləşən Guadalupe çayı daşaraq daşqına səbəb olmuşdu.
Sel fəlakətində indiyə qədər 129 nəfərin öldüyü, təxminən 150 nəfərin itkin düşdüyü və axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Məryəm Quliyeva