Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
24 May 2023 15:48
2 548
“Tələbə artımını aparmaq üçün həm fiziki yer artırılmalı, həm də maddi texniki baza yenilənməlidir. Bu gün biz peşə təhsili sisteminə baxsaq, görərik ki, ölkədə ümumilikdə 95 peşə təhsili müəssisəsi var. Amma ən müasir avadanlıqlarla təchiz olunma və beynəlxalq standartlara uyğun peşə təhsili vermək imkanını hamısına şamil etmək olmaz”.
Bunu müsahibəsində Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, hazırda Bakıda 5, Bərdədə 1, Qəbələ və Gəncədə 2, İsmayıllıda 1 müasir peşə təhsil müəssisəsi fəaliyyət göstərir:
“Eyni zamanda, bir sıra yeni müəssisələrin tikintisi də başlayıb. Bu yaxınlarda Cəlilabadda müasir peşə təhsili müəssisəsinin açılışına hazırlaşırıq. Bu müəssisə kənd təsərrüfatı və müəyyən sənaye sahələrini əhatə edir. İlk peşə təhsili müəssisəsidir ki, özünün heyvandarlıq ferması olacaq və bu da tələbələrin müasir istehsalat proseslərini öyrənməyə imkan verəcək.
Eyni zamanda, Lənkəran şəhərində də yeni peşə təhsili müəssisəsinin tikintisi gedir. Bu yeni müəssisə də özündə bir çox yenilikləri ehtiva edir. İlk dəfə olaraq burada ənənəvi yataqxana ilə yanaşı, müəssisəsinin özünün mehmanxana kompleksi olacaq. Lənkəran iqtisadiyyatında turizmin rolunu nəzərə alaraq, orada turizm ixtisasları üzrə təhsilə üstünlük veriləcək”.
22 Sentyabr 19:59
798
22 Sentyabr 19:21
749
22 Sentyabr 18:04
735