Teleaparıcı İlham Mirzəyev həbs olundu Hadisə

Teleaparıcı İlham Mirzəyev həbs olundu

Onun barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb

Tanınmış teleaparıcı İlham Mirzəyev həbs olunub. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov onun saxlanılma səbəblərini açıqlayıb.
"Vətəndaşların çoxsaylı şikayətlərini nəzərə alaraq, İlham Mirzəyev polis orqanları tərəfindən saxlanılıb. Hazırda İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. Hazırda istintaq gedir", - deyə Ehsan Zahidov bildirib.
Aparıcı ilə eyni binada yaşayan sakinlər onun srağagün axşam saatlarında, onların gözü qarşısında həbs olunduğunu bildirirlər. Polislər hamının gözünün önündə İlham Mirzəyevi maşına oturdub aparıblar. Onu aparanların Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğu bildirilir. Qeyd edək ki, İ.Mirzəyev "Space" telakanalının "Etiraf" proqramının aparıcısıdır.