8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
2 İyun 2023 09:51
3 087
Mayın 31-də Bolqarıstan Respublikasının Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası öz işinə başlayıb. Bu barədə APA-ya XİN-dən bildirilib.
Qeyd edilib ki, cari ilin 2 iyun tarixinədək davam edəcək sözügedən iclas çərçivəsində 1 iyun 2023-cü il tarixində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib.
Azərbaycan, 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər nəticəsində, İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib.
Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik.