“Məzarlıqlarla bağlı qərar qəbul ediləcək” Hadisə

“Məzarlıqlarla bağlı qərar qəbul ediləcək”

"Məzarlıqlarla bağlı qanun layihəsi deyil, qərar qəbul ediləcək".
Bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, məzarlıqlarla əlaqədar qərar layihəsini Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi birgə hazırlayıb: "Müvafiq rəylər alınıb və qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Layihəyə Nazirlər Kabinetində baxılıb, düzəlişlər edilib. Hazırda ekspertlər düzəlişlər üzərində çalışır. Bu günlərdə Nazirlər Kabinetində baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi, Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə bu məsələyə dair toplantı keçirilib, qərar layihəsi üzərində aparılacaq işlər barədə əlavə tapşırıq verilib. Ekspertlər bu tapşırıq üzərində işləyirlər. Bu, qanun layihəsi yox, Nazirlər Kabineti tərəfindən məzarlıqlarla bağlı verilən qərar olacaq".
Mübariz Qurbanlı qeyd edib ki, hazırda da Azərbaycanda məzarlıqların idarəçiliyi qanunlara, Nazirlər Kabinetinin qərarlarına əsaslanır: "Sadəcə, bu qərarda yeniliklər olacaq".