Kəmaləddin Heydərov Qobustanda vətəndaşları qəbul edib Hadisə

Kəmaləddin Heydərov Qobustanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 9-da Qobustan şəhərində, Nazirliyin Qobustan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Qobustan və Şamaxı rayonlarının sakinlərinin qəbulunu keçirib.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Qobustan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Qobustan və Şamaxı rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.