“Amnistiya aktı önəmli bir mesajdır” Hadisə

“Amnistiya aktı önəmli bir mesajdır”

Qənirə Paşayeva: "Aktın 28 May - Respublika Günü ərəfəsində qəbul edilməsi isə cümhuriyyətə verilən böyük önəmi ifadə edir"

"Amnistiya aktının mahiyyəti bir dəfə səhvə yol vermiş insanlara daha bir şans verilməsi barədə mesajdır". Bu fikirləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu "28 May- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, həbsxanalar, cəzaçəkmə müəssisələrinə ilk dəfə düşən insanlar amnistiya aktı nəticəsində daha yaxşı islah olunurlar: "Bu insanlar bağışlanırsa, cəmiyyətdə, ailədə də o insanlara yenidən şans verilməlidir. Amnistiya aktının Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə və yaxınlarına şamil olunması özü də önəmli bir mesajdır. Bu amnistiya aktının 28 May - Respublika Günü ərəfəsində qəbul edilməsi isə cümhuriyyətə verilən böyük önəmi ifadə edir".