Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
3 İyul 2023 18:43
3 073
Çexiya hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “qanuni oğru”nu Ermənistana ekstradisiya edib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, Gürcüstan vətəndaşı V.A. 2016-cı ilin mart ayında Ermənistanda olarkən, İrəvandakı restoranlardan birində bir qrup şəxslə əlbir olaraq, özünü “qanuni oğru” kimi təqdim edərək, vətəndaşlardan birini ailə üzvlərinə qarşı zor tətbiq etməklə hədələyib və 9,6 milyon dram (20 min dollar) tələb edib.
Zərərçəkmişin restorana “Range Rover Sport”la gəldiyini öyrəndikdən sonra o, maşının açarlarını alıb.
Faktla bağlı cinayət işi başlanıb, məhkəmə həbs qərarı verib. V.A. axtarışa verilib.
O, Çex Respublikasında tapılıb və 2023-cü il iyunun 30-da Ermənistana təhvil verilib.
Kriminal avtoritet bir ay müddətinə həbs edilib, istintaq davam edir.
25 Oktyabr 16:43
973
25 Oktyabr 13:34
1 071
25 Oktyabr 10:48
1 330