BANM-də “Bakı Yay Neft Məktəbi” layihəsi həyata keçiriləcək Hadisə

BANM-də “Bakı Yay Neft Məktəbi” layihəsi həyata keçiriləcək

Baki Ali Neft Məktəbində (BANM) "Bakı Yay Neft Məktəbi" layihəsi həyata keçiriləcək.
BANM-dən bildirilib ki, layihənin proqramına əsasən, sentyabrın 14-25-də Almaniya universitetlərinin tələbələri BANM-in təşkilatçılığı ilə həyata keçiriləcək yay məktəbində iştirak etmək üçün Ali Məktəbə gələcəklər. "Bakı Yay Neft Məktəbi" layihəsinin proqramı çərçivəsində tələbələr nəinki akademik biliklərə yiyələnəcək, həmçinin Azərbaycanı daha yaxından tanımaq məqsədi ilə ölkəmizin əsrarəngiz təbiəti olan bölgələrə, tarixi yerlərə, muzeylərə səyahət edəcəklər. Tələbələr tarixi neft buruqları, neft quyuları, neft muzeyi, sənaye şirkətlər və Azərbaycanın neft tarixini və onun inkişafını əks etdirən yerlərə səfər edəcəklər.
Layihədə Almaniya universitetlərinin tələbələri ilə yanaşı, seçilmiş azərbaycanlı tələbələr də iştirak edəcəklər.
Qeyd edək ki, "Bakı Yay Neft Məktəbi" layihəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) seçki komissiyası tərəfindən təsdiq edilmiş və DAAD "Şərqə Doğru" proqramı çərçivəsində maliyyələşdirilmək üçün seçilib. Layihə rəhbəri BANM-in Keyfiyyətin Təminatı Şöbəsinin əməkdaşı Aytən Şadlinskayadır.