Kuşner: "Ukrayna üzrə danışıqlarda tərəflərin güclü emosiyaları var" Dünya

Kuşner: "Ukrayna üzrə danışıqlarda tərəflərin güclü emosiyaları var"

ABŞ nümayəndəsi Cared Kuşner Əbu-Dabidəki danışıqlar tərəflərində güclü emosiyaların olduğunu bildirib, lakin görüşə gələn iştirakçıların cəsarətini və liderliyini yüksək qiymətləndirib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə danışıqlar başlamazdan əvvəl bildirib: "Bu gün bura gəlmək cəsarət tələb edir. Bilirəm ki, bu məsələ ilə bağlı hər iki tərəfdə - Avropada, Ukraynada, Rusiyada çoxlu güclü emosiyalar var, lakin hər kəsin bu gün bura gələrək nümayiş etdirdiyi cəsarət və liderliyi həqiqətən yüksək qiymətləndirirəm". Kuşner əlavə edib: "Düşünürəm ki, bizim çox məhsuldar bir neçə günümüz olacaq".

Məryəm Quliyeva