“Bilik gününün tarixinin dəyişilməsi barədə də düşünmək lazımdır“ Hadisə

“Bilik gününün tarixinin dəyişilməsi barədə də düşünmək lazımdır“

"Bu gün, 1 sentyabr - Bilik günüdür. Bu münasibətlə hər bir kəsi təbrik edirəm. Hər birimiz üçün məktəb, elm, bilik çox əhəmiyyətlidir". Belə bir açıqlama ilə çıxış edən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, bilikli olmaq cəmiyyətdə çox ciddi keyfiyyət göstəricisi hesab edilir və bunun həmişə belə olacağını düşünürük: "Eyni zamnada bilik gününün tarixinin dəyişilməsi barədə də düşünmək lazımdır. Belə ki, Bilik günü tədris ilinin 1 sentyabr tarixində başladığı dövrlərdə müəyyən edilmişdi. Hal-hazırda isə tədris ilinin 15 sentyabrda başlayır. Ona gör də bilik gününün iki həftə əvvəl qeyd edilməsi müəyyən uyğunsuzluq yaradır. Bu baxımdan ya bilik günün 15 sentyabr tarixinə keçirilməsi ya da tədris ilinin yenidən 1 sentyabra keçirilməsi barədə düşünmək olardı".