KIVDF və “Azərişıq”-dan birgə müsabiqə Hadisə

KIVDF və “Azərişıq”-dan birgə müsabiqə

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə
birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Müsabiqənin məqsədi Azərbaycanda elektrik enerjisi təsərrüfatının inkişafı, infrastrukturun yenidən qurulması, istehlakçıların keyfiyyətli və fasiləsiz enerji ilə təminatı sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu

"İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər"

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.


Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1.Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2.Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3.Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər.
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)
5.2 Qəzetdə dərc olunmuş yazıda "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
Yazıların qəbulu 20 sentyabr 2016-cı il tarixdən başlayır, 14 oktyabr 2016-cı il tarixdə başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.


Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə:

I yer üçün bir;
II yer üçün iki;
III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.

I yer - 1000 manat;
II yer - 800 manat;
III yer - 600 manat.

Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) veriləcəkdir.
Qaliblər, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin xüsusi diplomu ilə təltif olunacaqlar.
Müsabiqə haqqında daha ətraflı məlumatla www.kivdf.gov.az saytında tanış olmaq olar.