"Cəfər Cabbarlı" stansiyasında təmirin yekunlaşacağı vaxt açıqlandı Hadisə

"Cəfər Cabbarlı" stansiyasında təmirin yekunlaşacağı vaxt açıqlandı

"Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin birinci yarısında yekunlaşacaq.

Trend xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov “Dəyişməyən dəyərlər və dəyişən imkanlar” mövzusunda elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, artıq təmir işləri yekunlaşmaq üzrədir.
“Hazırda üzlük işləri görülür. İlin birinci yarısında işlərin yekunlaşması planlaşdırılır”, - deyə o əlavə edib.

Xəbər yenilənəcək