11 Mart 2024 11:36
1 827
Milli Məclisdə Bakı-Sumqayıt arasında metro stansiyasının tikilməsi təklif edilib.
Trend-in məlumatına görə, bunu deputat Fəzail Ağamalı Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, Bakı-Sumqayıt arasında metrostansiya tikilməsi yaxşı olardı.
“Bundan əlavə, Lökbatana metro stansiyasının çəkilməsi də faydalı olardı”, - deyə F.Ağamalı bildirib.
O təklif edib ki, eyni zamanda Sədərək bazarı tərəf ən çox tıxac ola yerdir.
“Ona görə də Lökbatan tərəfə də metro salınsın. Ümumiyyətlə Bakıda sıxlıq çox olan ərazilərə metrostansiyası salınsa, yaxşı olar”, - deyə o, əlavə edib.
29 İyul 18:23
644
29 İyul 12:24
735
29 İyul 11:58
728