“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
23 May 2024 17:11
2 604
Qarabağa səfər edən Şimali Kipr Türk Respublikasından (ŞKTR) olan şəhid ailələri və ictimai xadimlərdən ibarət nümayəndə heyəti Şuşadan sonra Xocalı və Ağdamda olublar.
APA-nın Qarabağ bürosu xəbər verir ki, onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri müşayiət edib. Xocalıda şəhid məzarlarını ziyarət edən nümayəndə heyəti ermənilər tərəfindən törədilən vəhşiliklər, şəhərin 30 ildən artıq bir müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin təmin olunması barədə məlumatlandırılıb.
Nümayəndə heyəti sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında olub.
Bildirilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olanlar, o cümlədən Xocalı soyqırımında öldürülən sakinlərin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən işğalçılar Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.
Daha sonra nümayəndə heyəti Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı düşərgəsində olub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Ağdamın tarixi, indiki vəziyyəti, Ağdam şəhərinin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Bununla da Şimali Kipr Türk Cümhuriyyətindən olan şəhid ailələrinin Qarabağa səfəri başa çatıb.
Qeyd edək ki, səfər “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində təşkil olunub. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.
1 Noyabr 17:46
1 491
1 Noyabr 14:21
1 505
31 Oktyabr 20:55
1 925







