8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
1 Avqust 2024 19:34
2 807
Sumqayıt şəhər Gənclər evində “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” mövzusunda dəyirmi masa keçirilib.
QHT.az xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “İnkşafa və İslahatlara dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev tədbirin mahiyyətindən bəhs edərək bildirib ki, layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaqdır. Tədbirdə fəxri qonaq olaraq iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Azərbaycan-Türkiyə qardaşlığının fonunda görülən müsbətyönümlü işləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Xüsusi Təyinatlilarin Qaziləri, Şəhid Ailələri Və Veteranlari İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, araşdırmaçı-jurnalist, layihə eksperti Əli İbrahimov çıxışlarında layihənin məqsəd və hədəflərindən danışıblar.
Qeyd edək ki, “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində mövzu ətrafında Bakı şəhərində tədbirin keçirilməsi nəzərdə tutulub.




