“Qaz ixracı və yaşıl enerji artırılır”
3 Mart 21:15
3 Mart 21:15
3 Mart 21:14
3 Mart 19:19
15 Oktyabr 2024 00:33
3 164
Vətən müharibəsi dövründə Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasından 4 il ötür.
Xalqcebhesi.az xəbər verir ki, 15 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriya atəşinə tutub.
Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən Azərbaycanın müxtəlif mülki yaşayış məntəqələri atəşə tutulub, bir çox hallarda hətta uzaqmənzilli raketlərdən istifadə edilib.
3 Mart 20:20
1 099
3 Mart 19:46
1 120
3 Mart 18:24
1 141