“Qaz ixracı və yaşıl enerji artırılır”
3 Mart 21:15
3 Mart 21:15
3 Mart 21:14
3 Mart 19:19
21 Oktyabr 2024 15:03
2 191
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması qaydası müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən yeni - 29-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu pərakəndə satışına dair içkilərin minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.
3 Mart 20:20
1 106
3 Mart 19:46
1 127
3 Mart 18:24
1 148