28 Oktyabr 12:30
1 Noyabr 2024 18:28
3 311
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti dəqiqləşdirilmiş Qarayev Hidayət Nəsir oğlu Şuşada dəfn olunub.
Xalqcebhesi.az xəbər verir ki, Hidayət Qarayevlə vida mərasimi Yuxarı Gövhər Ağa məscidinin qarşısında keçirilib. Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.
Vida mərasimindən sonra Hidayət Qarayevin nəşi Şuşa şəhər məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Qarayev Hidayət Nəsir oğlu 1927-ci ildə Şuşa şəhərində anadan olub. 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal olunan zaman itkin düşüb. Onun nəşinin qalıqları Xankəndi şəhəri ərazisində aşkarlanıb.
28 Oktyabr 18:17
1 127
28 Oktyabr 17:35
1 232
28 Oktyabr 17:33
1 316