Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
12 Dekabr 2024 09:57
2 541
Dekabrın 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Yardımlı, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.
Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.
25 Sentyabr 18:21
1 435
25 Sentyabr 17:17
1 211
25 Sentyabr 17:16
1 134