08:29
756
ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte Floridada keçirilən görüş zamanı Ukrayna münaqişəsinin nizamlanması və İran ətrafındakı vəziyyəti müzakirə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə onların birgə bəyanatında bildirilir.
"Görüş çox məzmunlu oldu, əsas mövzular Rusiya ilə Ukrayna arasındakı müharibə və İrandakı münaqişə, eləcə də Haaqa və Ankara sammitlərində birlikdə əldə etdiyimiz bütün rekord nailiyyətlər oldu", – deyə Ağ Evin mətbuat qrupu tərəfindən yayılan Tramp və Ruttenin birgə bəyanatında qeyd olunur.
Mətndə Mar-a-Laqoda baş tutan görüş "mükəmməl" adlandırılıb.
"Biz həmçinin Rusiyanın müharibəni qəsdən və ya təsadüfən genişləndirə biləcək hər hansı addımlarına yol verilməməsinin və sülh yolu ilə nizamlanmaya mümkün qədər tez nail olunmasının vacibliyini müzakirə etdik", – deyə Tramp və Rutte əlavə ediblər.
Məryəm Quliyeva