Filippində 12 yaşlı yeniyetmə məktəbdə iki şagirdə bıçaqla xəsarət yetirib Dünya

Filippində 12 yaşlı yeniyetmə məktəbdə iki şagirdə bıçaqla xəsarət yetirib

Filippinin Kalukan şəhərində 12 yaşlı yeniyetmənin hücumu nəticəsində ibtidai sinfin iki şagirdi bıçaq xəsarəti alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə çərşənbə günü səhər saatlarında şagirdlərin düzülüşü zamanı baş verib. Hücum edən şəxs mətbəx bıçağı ilə 9 və 11 yaşlı şagirdləri yaralayıb. Müəllimlərdən biri yeniyetməni zərərsizləşdirə bilib. Hər iki zərərçəkən xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.

Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, hadisədən əvvəl yeniyetmə "Roblox" və "TikTok" onlayn platformalarında onu hücuma təhrik edən naməlum cinayətkarla uzun müddət yazışıb. Təhrikçinin şəxsiyyəti müəyyənləşdirilir.

Məryəm Quliyeva