
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonunun Nübar qəsəbəsində baş vermiş partlayışda yaralananların vəziyyətinə aydınlıq gətirib.
Xalqcebhesi.az xəbər verir ki, bununla bağlı TƏBİB açıqlama yayıb.
“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 17 yanvar saat 20:05 radələrində Abşeron rayonu, Atyalı, Z.Əliyeva küçəsində yerləşən həyət evində partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub”, – açıqlamada qeyd olunub.
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2, 7, 11, 14 yaşlı uşaqlar (3 kişi və 1 qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə, digər xəsarət alan 26 yaşlı şəxs (kişi cinsli) isə bədənin II və III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq mərkəzinə təxliyə olunub.
Xatırladaq ki, daha əvvəl Fövqəladə Hallar Nazirliyi (FHN) Nübar qəsəbəsində fərdi yaşayış evində partlayış olduğunu bildirmişdi.