

10 Sentyabr 23:17
10 Sentyabr 23:07
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Bank Respublika” ASC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Bank Ekspertlər Şurasında təmsil olunmaq barədə qərar verib.
AQC-nin müraciətinə cavab olaraq “Bank Respublika” tərəfindən bankın Qiymətləndirmə şöbəsinin müdiri Fuad Abdullayev Bank Ekspertlər Şurasına üzv olmaq üçün təklif edilib. Bu barədə “Bank Respublika”dan göndərilən məktubda bildirilir:
“Ölkəmizdə qiymətləndirmə sahəsində peşəkarların bir araya gətirilməsi və bu sahənin inkişafına töhfə vermək məqsədilə atdığınız addımları yüksək qiymətləndiririk. Bank Ekspertlər Şurasının yaradılması ilə bağlı təşəbbüsünüzü alqışlayır və bu sahədə əməkdaşlığın genişlənməsinin əhəmiyyətini anlayırıq”.
Fuad Abdullayev AQC sədri Vüqar Oruc tərəfindən Bank Ekspertlər Şurasının üzvlüyünə təyin edilib.
Qeyd edək ki, AQC-nin tərkibində Bank Ekspertlər Şurası 2024-cü ilin sentyabr ayında yaradılıb. Şuranın üzvləri Azərbaycanda fəaliyyət göstərən 15 bank tərəfindən təklif edilmiş nümayəndələrdir. “Bank Respublika” ASC-nin də qoşulması ilə Şuraya üzv olan bankların sayı 16-a çatdırılıb. Bank Ekspertlər Şurasının rəhbəri “Paşa Bank” ASC-nin nümayəndəsi Hikmət Sadıqovdur.
Cavid