31 Mart 2025 20:16
2 534
Sumqayıtda yanğın hadisəsi baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 3 paq.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17:23
1 015
17:22
1 008
16:13
1 078