ATV-nin rəhbəri dəyişdirilib Hadisə

ATV-nin rəhbəri dəyişdirilib

ATV-nin yeni rəhbəri: "Telekanaldakı proqramlar nəzərdən keçirilir"

Dünən Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.
Onun yerinə Azər Xəlilov təyin olunub.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli Azər Xəlilovu artıq kollektivə təqdim edib.
Azər Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.
Azər Xəlilov mətbuata açıqlamasında xəbəri təsdiqləyib: "Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarına əsasən artıq vəzifəmin icrasına başlamışam".
O bildirib ki, hazırda hazırlıq işləri görülür, telekanaldakı mövcud proqramlar nəzərdən keçirilir: "Yaradıcı heyətlə söhbət aparıb, tanış olduqdan sonra müəyyən nəticəyə gəlib, ictimaiyyətə əlavə məlumat veriləcək".