“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
27 Noyabr 2025 11:45
1 792
Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 24-26 noyabr tarixlərində Səudiyyə Ərəbistanında silsilə tanıtım tədbirləri keçirilib.
Agentliyin mətbuat xidmətindən xalqcebhesi.az-a verilən məlumata görə, “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Hava Yolları (AZAL) daxil olmaqla 11 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Ciddə, Əl-Xobar və Ər-Riyad şəhərlərində baş tutub. Səudiyyə Ərəbistanından olan 200-dən çox turizm şirkəti və media nümayəndəsinin bir araya gəldiyi tədbirlərdə ilboyu cəlbedici səyahət destinasiyası kimi Azərbaycanın müxtəlif turizm məhsulları haqqında məlumat verilib, o cümlədən sağlamlıq turizmi, halal turizm və ailəvi istirahət imkanları diqqətə çatdırılıb, B2B formatlı görüşlər keçirilib.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaxın Şərq regionu üzrə keçirilən tanıtım tədbirlərinin tərkib hissəsi kimi 12-14 noyabr tarixlərində Küveyt, Doha, Muskat, Əbu-Dabi və Dubay şəhərlərində təşkil olunan silsilə tədbirlərdə 420-dən çox turizm sənayesi və media nümayəndəsi iştirak edib.



