İki bayram bir arada Hadisə

İki bayram bir arada

Marneulidə Gürcüstanın və Azərbaycanın müstəqillik bayramlarına həsr olunan tədbir keçirilib

Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində 26 May-Gürcüstanın müstəqilliyinin bərpası günü və 28 May- Azərbaycanda Respublika Günü münasibəti ilə tədbir keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulia və başqaları hər iki dövlətin müstəqillik tarixlərindən, strateji tərəfdaş ölkələr kimi üzləşdikləri müxtəlif problemlərdən, Gürcüstan və Azərbaycanın 20% torpaqlarının işğal olunmasından, ölkələrimizin dövlətçiliyinin qorunub saxlanılmasından və iqtisadiyyat, hərbi gücünün getdikcə inkişaf etməsindən, hər iki ölkənin ərazisindən ən böyük beynəlxalq layihələrin keçməsindən və əldə olunan uğurlardan söhbət açıblar.
Qeyd olunub ki, müəyyən zaman çərçivəsində Azərbaycan və Gürcüstanın işğal olunan torpaqları geri qaytarılacaq və ərazi bütövlüyü təmin olunacaq.
Tədbirdə Tiflisdən, Marneulidən və onun ətraf kəndlərindən gələn ictimaiyyət nümayəndələri, ziyalılar və mətbuat nümayəndələri iştirak ediblər.