Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir Siyasət

Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir

Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla birgə mətbuat konfransında bildirib.

“Əminəm ki, müəyyən etdiyimiz bütün istiqamətlər üzrə qarşıya qoyulan məqsədlərə nail olunacaq. Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir. Artıq bir neçə layihə həyata keçirilir. Əminəm ki, Fondun fəaliyyəti genişləndikcə layihələrin sayı da artacaq”, - deyə dövlət başçısı qeyd edib.