İran XİN: Kiyevin tərəfdarları Ukraynanın təcavüzünə görə məsuliyyət daşımalıdırlar Dünya

İran XİN: Kiyevin tərəfdarları Ukraynanın təcavüzünə görə məsuliyyət daşımalıdırlar

Ukraynanı dəstəkləyən bütün ölkələr Kiyevin Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirməsi kimi təcavüzkar əməllərinə görə məsuliyyət daşımalıdırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bəyan edib.

"Şübhəsiz ki, özlərini bu və ya digər dərəcədə Ukrayna rejiminin tərəfdarı hesab edən bütün tərəflər bu məsələdə məsuliyyət daşımalıdırlar. Əslində, Ukrayna prezidentinin davranışı Birinci Dünya müharibəsi ərəfəsində nümayişkaranə və son dərəcə təhlükəli əməllər törədən, fəsadları bütün Avropaya təsir edən anarxistlərin hərəkətlərini xatırladır", — deyə o, mətbuat konfransı zamanı bildirib. Bəqayi "Zelenskini idarə edənləri onu daha yaxşı nəzarətdə saxlamağa" çağırıb, əks halda bu cür əməllərin bütün dünya üçün fəsadlara gətirib çıxara biləcəyini vurğulayıb.

Məryəm Quliyeva