9 İyul 09:39
1 526
UEFA reytinqində Azərbaycanın əmsalı artıb.
Bu, “Zirə”nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi "Torpedo"nu məğlub etməsi (3:0) sayəsində mümkün olub.
Bu qələbə Azərbaycana 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) klubunu Bakıda 2:0 hesabı ilə məğlub edən "Sabah" eyni töhfəni verib.
Azərbaycan (19,062) hazırda 26-cı pillədə qərarlaşıb.
18 İyul 21:15
931
18 İyul 20:17
938
18 İyul 20:16
1 001