XİN rəhbəri TRIPP-la bağlı prosesin getdiyini və sənədlərin hazırlandığını açıqlayıb Siyasət

XİN rəhbəri TRIPP-la bağlı prosesin getdiyini və sənədlərin hazırlandığını açıqlayıb

Zəngəzur dəhlizinin Ermənistandan keçən avtomobil və dəmiryolu layihəsi ilə bağlı işlərin getdiyi bizə bildirilib.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, ötən il Vaşinqton sammitinin çox önəmli nəticələrindən biri Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin razılaşdırılması idi: “Bunu ABŞ da dəstəkləyir. Bu istiqamətdə danışıqlar ABŞ-Ermənistan arasında aparılır. Ancaq eyni zamanda TRIPP-ın giriş və çıxış hissəsi Azərbaycan ərazisidir. Ona görə biz ABŞ-dan olan tərəfdaşlar tərəfindən məlumatlandırılırıq. Bizə verilən vədlər ondan ibarətdir ki, proses gedir, hazırda sənədlərin hazırlanması mərhələsidir".