ABŞ İranın şimal-şərqindəki iki dəmir yolu körpüsünə zərbə endirib
İran ABŞ-nin Küveyt, Qətər və Bəhreyndəki hərbi obyektlərinə zərbə endirib
Mərkəzi Bank: Geosiyasi gərginliyə baxmayaraq, Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır
Xarici İşlər Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO
10:00
721
"Azərbaycan tərəfi Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb".
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton Sammiti çərçivəsində birgə bəyanat imzalanıb: “Sülh sazişinin mətni artıq paraflanıb, mətn ictimaiyyətə açıqdır. Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Dövlətin rəsmi mövqeyini Prezident İlahm Əliyev bildirib. Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra Sülh sazişi imzalana bilər”.
Ceyhun Bayramov qeyd edib ki, Ermənistanda yeni Konstitusiya qəbul edilməsi istiqamətində addımların atıldığını parlament seçkilərindən sonra Paşinyan bir daha səsləndirib: "Bizi maraqlandıran və narahat edən əsas məqam Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarıdır. Bu həll olunandan sonra bizim gözləntimiz bu işin tezliklə başa çatmasıdır".