ABŞ İranın şimal-şərqindəki iki dəmir yolu körpüsünə zərbə endirib
İran ABŞ-nin Küveyt, Qətər və Bəhreyndəki hərbi obyektlərinə zərbə endirib
Mərkəzi Bank: Geosiyasi gərginliyə baxmayaraq, Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır
Xarici İşlər Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO
09:46
707
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi 76 kq narkotik vasitə və 2000 ədəd psixotrop həbi dövriyyədən çıxarıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.
Belə ki, Lənkəran və Yevlaxda keçirilən növbəti tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar. Onlardan 76 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
8 İyul 17:49
1 442
8 İyul 12:50
1 295
8 İyul 11:56
1 211