Həmkarlarımızın və siyasilərin DÇ-2014 dəyərləndirmələri Hadisə

Həmkarlarımızın və siyasilərin DÇ-2014 dəyərləndirmələri

Əksəriyyət Messili Argentinanı daha şanslı hesab edir

Bu gün futbol üzrə dünya çempionatı başlayır. Bütün dünyanın diqqəti Braziliyaya yönələcək. Çempionatla bağlı futbol azarkeşləri öz fikirlərini bildirir, proqnoz verir, ən yaxşı oyunçu hesab etdikləri futbolçular barədə düşüncələrini bölüşürlər. Maraqlıdır, həmkarlarımız və siyasilər mundial barədə nə düşünürlər? Onlar hansı komandaya azarkeşlik edəcəklər, proqnorzları nədən ibarətdir və ən yaxşı oyunçuları kimdir?
Politoloq Natiq Miri: "Təəssüf ki, əvvəllər futbon azarkeşi olsam da, hazırda bu sahədə çox passivəm. Desəm ki, ümumiyyətlə futbola baxmıram, daha doğru olardı. Görünür, bu, həm də yaş dövrüylə əlaqəlidir".
Jurnalist Mirislam Məmmədov: "Favoritimi Argentinadır. Güman ki, bu yığma çempion olacaq. Messini isə tərifləməyə ehtiyac yoxdu. Bəziləri onun nəinki bu çempionatın, futbol tarixinin ən yaxşısı olduğunu dansa da heç nə dəyişmir. Hamı bilir ki, Messi nəinki çempionatın, hətta dünyanın və futbol tarixinin yaxşı oyunçusudur. Argentinaya, sonra isə İspaniyaya azarkeşlik edəcəyəm".
Jurnalist İlham Quliyev: "Bu mundialda İspaniya, Argentina, Hollandiyaya azarkeşlik edəcəyəm. Proqnozlara gəlincə, məncə Braziliya və Argentina komandalarının şansları çoxdur. Avropa komandalarının Cənubi Amerikada keçirilən mundiallardakı uğursuzluğunun bu dəfə də davam edəcəyi qənaətindəyəm. Çempionatın ən yaxşısı adına məncə əsas namizəd Neymardır. Nəticələrdən asılı olaraq Messi, Ronaldo, Götze, Suares də fərqlənə bilərlər! Dünyanın ən yaxşı oyunçusu məncə Messidir. Amma başa çatan mövsümdə Ronaldo onu üstələdi".
Jurnalist Siyavuş Əmirli: "Hər il olduğu kimi bu ildə İspaniya yığmasına azerkeşlik edəcəyəm. Hesab edirəm ki, finala İspaniya ilə Brazilya çıxacaq. Bir azarkeş kimi yenə də İspaniya yığmasını qalib görmək istərdim. İspaniya, Braziliya, Almaniya yığmalarını dünya çempionatının favoritləri sayıram. Portuqaliya yığmasından Ronaldonu, İspaniyada Messini Braziliyada Neymarı ən yaxşı oyunçular kimi görürəm".
Siyasi şərhçi Elman Cəfərli: "Mən prinsipial oyunların hamısına baxıram. Azarkeşlik etdiyim Azərbaycan və Türkiyə yığmaları mundialda oynamayacaq. Braziliya və Almaniya, Argentinanın oyunları maraqlı və baxımlı olur. Hamısını izləyəcəyəm. Dünyanın ən yaxşı oyunçusu isə məncə portuqaliyalı Kriştiano Ronaldodur. Amma Cənubi Amerika futbolu sürprizlərlə zəngindir. Zənnimcə, çempionatın ən yaxşısı cənubi amerikalı olacaq".
Jurnalist Anar Məmmədov: "Bütün dünyanın dörd ildən bir gözlədiyi futbol tədbiri mənim üçün idman bayramı ilə yanaşı, ömrümün necə getdiyinin hesabat ilidir. Hər dünya çempionatı başlayanda ötən dünya çempionatlarında neçə yaşımda oldüğümü düşünür, həm təəsüflənir, həm də uşaqlığıma qayıdıram. Təəsüüflə deyim ki. Ağdamda baxdığım dünya çempionatlarının sayı artıq vətənsiz baxdıqlarımdan geri qalıb. Digər tərəfdən çempianatı azarkeş olaraq izləmirəm, çempionatdakı yığmaların oyununu yox, təmsil etdiyi dövlətlərin, millətlərin gücünü, qüdrətini, vətənə sevgisini hiss etməyə çalışıram. Və aydın məsələdir ki, hansı hissləri keçirirəm. Anlayıram ki, futbol qüdrətli dövlətlərin və ya güclü millətlərin oyunudur, özü də təkcə topla yox... O ki qaldı, hansı komandanın favorit olmasına, bu suala daha dəqiq cavabı "Topaz"a variant yazan, futbolu qumara çevirən jurnalistlər daha yaxşı bilər. Azərbaycanı və azərbaycanlını, türkü görmədiyim çempionatda favorit və qəhrəman axtarmıram".
QHT Şurasının mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı: "Mən yaxşı oynayan bütün komandalara azarkeşlik edirəm. Bunların içində xoşlamadığım yalnız bir komanda var. Bu ölkə bizə qarşı çox iddialı və qərəzlidir. Ən yaxşı oyunçu yəqin ki, Ronaldodur".
Politoloq Əli İsgəndərov: "Ən çox sevdiyim futbolçu dünyanın ən yaxşısı Messidir. Messiyə görə Argentinaya azarkeşlik edəcəyəm. Ancaq, komanda kimi Almaniya tam formadadır. Argentina Messinin gücünə 4/1-ə qədər gələcək".
Jurnalist Elşad Paşasoy: "İmkan dairəsində Dünya Çempionatı oyunlarını izləməyə çalışacağam. Almaniya, Fransa, Braziliya, İtalya və İspaniyanı favoritlər sırasında görürəm. İstərdim ki, Almaniya-Braziliya finalını izləyim. Argentinalı Lionel Messi ən yaxşıların yaxşısı olaraq qalır.
Finalın qitələrarası olması ləzzət edərdi".
Jurnalist Səbinə Əvəzqızı: "İzləməyə çalışacağam. Braziliyanı sevirem. Amma Almaniyanın çempion olacağını düşünürəm. Hər cür sürprizə də hazıram. Çünki bu futboldur. Hər an hər şey dəyişə bilər. Çempionatın ən yaxşısı futbolçusu isə Neymar olacaq".
AMİP funksioneri Əli Orucov: "Qardaş Türkiyənin bu mundialda iştirak etməməsi həyacanı bir qədər azaldır. Lakin bununla belə hesab edirəm ki, bu çempionat da maraqlı olacaq və gərgin mübarizə gedəcək. Əsasən Almaniyaya azarkeşlik edəcəyəm. İstərdim ki, bu komandai qalib olsun. Futbolda proqnoz vermək çətindir. Xüsusən də belə mötəbər yarışlarda.
Maraqlı oyun izləmək futbol sevərlər kimi mənim də istəyimdir. Dünyanın ən yaxşı oyunçusu titulunu isə oyun zamanı müəyyən etmək mümkün olacaq. Onu oyunlar göstərəcək. Bəlkə adı o qədər də geniş məlum olmayan hansısa futbolçu istedadını və bacarığını göstərə biəcək. Mən istərdim bu futbolçu türkəsilli olsun".
Jurnalist Ruslan Bəşirli: "Əvvəla onu qeyd edim ki, mən futbolla uşaq vaxtlarından və yaxından maraqlanıram
Dünya çempionatında qələbə qazanmasını istədiyim iki komanda var - İspaniya Və Argentina. Bunun da öz səbəbləri var. Əvvəla İspanların "Barsa" sayağı total futbol sərgiləmələri mənim zövqümcədir. Argentinanın qələbəsini isə ona görə istəyirəm ki Messi orada oynayır. Elə ispanların da qələbəsini "Barsa"nın oyunçularının əksəriyyətinin İspaniya yığmasında oynamasını görə istəyirəm. Proqnozum yoxdur. Proqnoz verməyi də dini baxımdan düzgün hesab etmirəm. Məncə dünyanın ən yaxşı futbolçusu Lionel Messidir. Neymar, İniesta, Ronaldo, Xavi və digərləri ondan bir pillə aşağıdadırlar".
Jurnalist Alim Hüseynli: "İspaniyaya azərkeşlik edəcəyəm. Çempion da İspaniya olacaq. Ən yaxşı oyunçu isə Messini hesab edirəm".
Jurnalist Vasif Həsənli: "Sevdiyim komanda Brazilya yığmasıdır. Bu dəfə də Brazilyaya azarkeşlik edəcəm. Əgər Türkiyə iştirak etsəydi, qardaş dövlət xatirinə Türkiyə millisinə dəstək olardım. Çox təəssüf ki, Türkiyə iştirak etmir. Ona görə də Brazilyaya azarkeşliyimi davam etdirəcəyəm. Dünyanın yaxşı oyunçusuna gəldikdə isə çox adlar sadalamaq olar. Hər kəs üçün konkret bir nəfər dünyanın ən yaxşı futbolçusu ola bilməz. Mənim üçün dünyanın ən yaxşı futbolçusu Kriştiano Ronaldodur. Ancaq düşünürəm ki, builki dünya çempionatında Neymar və digər futbolçular da yaxşı parlaya bilərlər. Hesab edirəm ki, bu il Braziliya milli komandası 6-cı dəfə çempion ola bilər".
Jurnalist Aqil Lətifov: "Mənim azərkeşlik edəcəyim komanda Argentinadır. Lakin Bu komandanın işinin heç də asan olmayacağını düşünürəm. Ev sahibi olduğunua görə Braziliyanın çempionluq şanslı daha yüksək görünür. Eyni zamanda İspaniyanı, Almaniyanı bir kənara atmaq olmaz. bu komandaların hər birinin çempionluq şansları bərabərdir. Ev sahibi olduğuna görə isə Braziliya bu komandalardan bir addım öndə kimi görünür. Dünyanın ən yaxşı oyunçusu Ronaldodur. Messinin isə bu dünyanın oyunçusu olduğunu düşünmürəm. O yad planetin oyunçusudur. Hesab edirəm ki, biz bu iki futbolçunu çılpaq gözlə izlədiyimiz üçün xoşbəxtik. Məhz çempionatın da ən yaxşı oyunçusu Ronaldo və Messidən biri olacaq".
Politoloq Arye Qut: "Mən həmişə Braziliyaya azarkeşlik edirəm. Baraziliya 1-ci, Almaniya 2-ci, Portuqaliya 3-cü
ola bilər. Ən yaxşı oyunçu isə oğlumun sevimlisi Kriştiano Ronaldonu hesab edirəm".

Əli