12:04
189![]()
Pakistanın hüquq-mühafizə orqanları sənədsiz əcnəbilərin repatriasiyası proqramı çərçivəsində noyabrın ilk həftəsində Bəlucistan, Xeybər-Paxtunxva, Pəncab əyalətlərində və paytaxt İslamabad ərazisində 796 əfqan qaçqını saxlayaraq həbs edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (BMT QAK) və Beynəlxalq Miqrasiya Təşkilatına (BMQT) istinadən məlumat yayıb.
Qurumların məlumatına görə, saxlanılanların 99 faizinin heç bir sənədi olmayıb, qalanlarının üzərində isə əfqan qeydiyyat vəsiqələri (PoR) aşkar edilib.
Məryəm Quliyeva