12 yaşlı uşaq dənizdə batıb Hadisə

12 yaşlı uşaq dənizdə batıb

Xəzərdə daha bir boğulma faktı baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 2002-ci il təvəllüdlü Namiq Nemət oğlu Nəzərov Bakı şəhəri, Xəzər rayonu hissəsində ("Sahil-1" sularda xilasetmə məntəqəsindən, təxminən, 1450 m məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Onun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:29-da başa çatıb.