Riyaziyyat üzrə “Nobel mükafatı“ laureatlarının adları açıqlanıb Hadisə

Riyaziyyat üzrə “Nobel mükafatı“ laureatlarının adları açıqlanıb

Rio-de-Janeyroda keçirilən Beynəlxalq Riyaziyyat Konqresində Filds mükafatının bu ilki qaliblərinin adları açıqlanıb. Kauşer Birkar (Kembric Universiteti) polinomial tənliklərin müxtəlif növlərinin təsnifatı üzrə bu mükafata layiq görülüb. O, belə tənliklərin sonsuz müxtəlifliyinin sonlu sayda qruplara bölündüyünü sübut edib. İtaliyalı Alessio Fiqalli (İsveçrə Ali Texniki Məktəbi) optimal nəqliyyat problemləri sahəsindəki nailliyyətlərinə, almaniyalı Peter Şolce cəbri həndəsəyə verdiyi töhfələrə və Akşay Vankateş (ABŞ, Prinston Perspektiv Tədqiqatlar İnstitutu) isə ədədlər nəzəriyyəsi, dinamikası və topologiyası sahələrindəki xidmətlərinə görə mükafatlandırılıblar.
Qeyd edək ki, Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildən bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır. Mükafat 1924-cü ildə Kanadanın Toronto şəhərində keçirilən I Beynəlxalq Riyaziyyat Konqresinin prezidenti, Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılıb. 14 karatlıq qızıldan hazırlanan mükafatın məbləği 15 000 Kanada dollarıdır. Bu medal riyaziyyat sahəsində ən nüfuzlu mükafatlardan biri hesab olunur. Filds mükafatına, eyni zamanda riyaziyyatçılara verilən Abel mükafatına bəzən "riyaziyyatçıların Nobel mükafatı" deyirlər.