
Daxili İşlər Nazirliyində (DİN) bu gün geniş kollegiya iclası keçiriləcək.
APA-nın məlumatına görə, respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşacaq.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçiriləcək kollegiya iclası 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada həmçinin cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayət işləri ilə bağlı da müzakirələr aparılacaq.